Tokayev: Astana və Tokio "Mərkəzi Asiya - Yaponiya" sammitinə hazırlığa başlayıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Yaponiyanın Qazaxıstanla parlament dostluq liqasının sədri Yasutoşi Nişimuranı qəbul edib.
"Far.Az"un Qazaxıstan bürosu Akordaya istinadən xəbər verir ki, dövlət başçısı görüş zamanı Yasutoşi Nişimuranı təyinatı münasibətilə təbrik edib və parlamentlərarası əlaqələrin inkişafının vacibliyini qeyd edib. İkitərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.
Kasım-Jomart Tokayev vurğulayıb ki, Yaponiya Qazaxıstanın Asiyadakı əsas tərəfdaşlarından biridir və diqqəti Tokioya rəsmi səfərinin yekunları üzrə əldə edilmiş razılaşmaların reallaşdırılmasına yönəldib.
O bildirib ki, "Mərkəzi Asiya - Yaponiya" formatında növbəti sammit Astanada keçiriləcək və ona hazırlıq artıq başlayıb.
Nişimura öz növbəsində Yaponiya parlamentinin Qazaxıstanla əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunu təsdiqləyib.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
-
Bu il beynəlxalq axtarışda olan 22 nəfər xarici ölkələrdən ektradisiya edilib, 6 nəfər təhvil verilib
-
Onlayn ticarət çətinləşir - Qiymətlər bahalaşacaq?
-
Madyarla Lyayen Macarıstan üçün 17 milyard avronun blokdan çıxarılması barədə razılığa gəliblər
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər













