Milli Onkologiya Mərkəzində PARTLAYIŞ: Ölən və xəsarət alan var - ADLAR
Far.Az xəbər saytı

Milli Onkologiya Mərkəzində PARTLAYIŞ: Ölən və xəsarət alan var - ADLAR


Milli Onkologiya Mərkəzində partlayış hadisəsi Şua-diaqnostika şöbəsində baş verib.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, şöbənin birinci mərtəbəsində qeydə alınan olay zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.

O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, hadisənin başvermə səbəbləri araşdırılır.

***15:31

Milli Onkologiya Mərkəzinin otaqlarının birində partlayış olub.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, orada olan şəxslərdən xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.

Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar. Araşdırma aparılır.

Milli Onkologiya Mərkəzində PARTLAYIŞ: Ölən və xəsarət alan var - ADLAR

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mübariz Şahmurov dəfn olunub
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər