Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş - Hər ikisi oğurluq edib
Far.Az xəbər saytı

Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş - Hər ikisi oğurluq edib


Xəbər verdiyimiz kimi, ötən gün Bakının Xətai rayonunda 2007-ci il təvəllüdlü Yusif Atalay və 14 yaşlı qız dəm qazından zəhərlənib. Kirayə evdə baş verən hadisə zamanı 19 yaşlı Yusif ölüb, yeniyetmə qız isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, Yusif Atalay kriminal aləmə meyilli olması ilə diqqət çəkib. Onun bədənindəki kriminal aləmə aid müxtəlif döymələr bunu deməyə əsas verir.

Yusif Atalay daha əvvəl iki dəfə moped oğurlayıb. Sonradan isə dəymiş zərəri ödəyib.

Kirayə evdə baş verən hadisə zamanı onunla birlikdə dəm qazından zəhərlənən yeniyetmə qız isə əslən Yevlax rayonundandır. O, Bakıda dilənçiliklə məşğul olub, tufeyli həyat tərzi keçirib.

Yeniyetmə qız bu müddətdə xırda oğurluqlarla yadda qalıb.

Qeyd edək ki, Yusif Atalay 2004-cü ildə üç yaşında həyatını itirən bacısının yanında dəfn edilib.

Oxşar xəbərlər

Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər