Diplom tanıtmaq, ucuz mənzil vədi ilə 400 minlik dələduzluq - Nazirliyin sabiq ekspertinin məhkəməsi
Xaricdə təhsil alan şəxslərin diplomlarını ölkəmizdə tanıdacağı, həmçinin ucuz mənzillər satacağı vədi ilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Təhsil Nazirliyinin sabiq eksperti Maqsud Nəsirovun məhkəməsi başlayıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən iclasda M.Nəsirov ifadə verib.
O deyib ki, 2017-2018-ci illərdə Təhsil Nazirliyində xarici diplomların tanınması ilə əlaqədar ekspert qismində, 2018-2024-cü illər ərzində isə Dövlət Vergi Xidmətində müxtəlif vəzifələrdə çalışıb:
"Təxminən 2023-cü ilin oktyabr ayında maklerlik fəaliyyəti ilə məşğul olan tanışım Tural Əhmədov mənə bildirdi ki, Ayna Sultanovanın heykəlinin arxasında, Səttar Bəhlulzadə küçəsində yerləşən "Mahal" MTK tərəfindən inşa edilmiş "Nar Residence" adlı binada ucuz mənzillər hazırda satışdadır. Guya həmin mənzillərin sahibləri hazırda vergi borcları olduğundan aşağı qiymətə satmaq məcburiyyətindədirlər. Mən də bu barədə Nicat Əhmədliyə dedim və o, mənə 110 min manat pul verdi. Ona dəymiş ziyanın müəyyən hissəsini - 60 minini hissə-hissə ödəmişəm.
Zərərçəkmiş Nicat Əhmədli isə bildirib ki, təqsirləndirilən şəxslə ortaq dostların vasitəsilə tanış olublar:
"Maqsud mənə yaranmış vergi borclarına görə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müsadirə edilmiş evlərin hərrac yolu ilə satıldığını demişdi. Pulu alandan sonra ümumi vəziyyəti soruşanda mənə müxtəlif bəhanələr gətirdi. Ondan şikayət etdim və 52 min 500 manat geri qaytardı. Mənə dəymiş ziyanın tam ödənilməsini tələb edirəm".
Məhkəmənin növbəti iclası iyunun 4-nə təyin edilib.
Maqsud Nəsirova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
İş üzrə 6 zərərçəkmiş var, vurulan ziyan isə 400 min manatdan çoxdur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində "Neft bumu hamıya gülümsəyir" festivalının açılışı olub
122 minlik çantası, 220 minlik libası, 500 minlik evi ilə gündəm olan MƏŞHURLAR - SİYAHI
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat etdi
-
Madyarla Lyayen Macarıstan üçün 17 milyard avronun blokdan çıxarılması barədə razılığa gəliblər
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
Bakının premium ərazilərində torpaq: 1 sot 2 milyon manata satılır
-
GTA VI oyununun qiyməti 100 dollar olacaq?













