Dizel mühərrikli avtomobillər qadağan edilir?
Təxminən altı il əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi dizel avtomobillərdən istifadənin mərhələli şəkildə məhdudlaşdırılacağını bildirmişdi. Hazırda bəzi Avropa ölkələri də dizel mühərrikli avtomobillərdən imtina etməyə hazırlaşır.
Bəs ölkəmizdə bu istiqamətdə hansı işlər görülür?
Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Azərbaycan Avropa İttifaqının üzvü olmadığı üçün ölkəyə dizel mühərrikli avtomobillərin idxalına hər hansı bir məhdudiyyət qoyulmayacaq: "Baxmayaraq ki, biz avtomobil seqmentində Avropa spesifikasiyasına aidik, amma Avropa İttifaqının üzvü deyilik və bizim ölkəmizdə, təbii ki, dizel mühərrikli avtomobillərin idxalı zamanı hər hansı bir məhdudiyyət olmayacaq".
Bu gün ölkəmizə gətirilən hibrid, "plug-in" hibrid, benzin və dizel avtomobillərinin gömrük rüsumları arasında heç bir fərq yoxdur. Ancaq sözsüz ki, benzin, ələlxüsus da dizel mühərrikli avtomobillər havanı daha çox çirkləndirir. Bu mənada sözügedən avtomobillərin gömrük rüsumunda dəyişikliyin edilməsi mümkündürmü?
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev deyir ki, gələcəkdə dizel yanacaq növü ilə çalışan avtomobillərə hər hansı məhdudiyyətin qoyulması gözlənilmir. Çünki Azərbaycanda bir çox idarələrin, müəssisələrin balansında olan avtomobillər məhz dizel mühərrikli maşınlardır: "Xüsusən də yükdaşımada istifadə olunan iritonnajlı avtomobillər bu tip maşınlar sırasında olduğu üçün bizdə gələcəkdə buna hansısa bir məhdudiyyətin qoyulmasına inanmıram".
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Maşın bazarında qiymətlər QALXACAQ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
ADNA-da törədilən terror aktından 17 il ötür
-
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb
-
UEFA Çempionlar Liqası: "Atletiko" "Arsenal" ilə heç-heçə edib
-
Serbiya XİN: İsraillə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib













