Alimlər beyinlə əlaqə qura bilən süni sinir hüceyrələri hazırlayıblar
Northwestern Universitetinin mühəndisləri real beyin hüceyrələri ilə birbaşa əlaqə qura bilən süni sinir hüceyrələri hazırlayıblar.
Far.Az Nature Nanotechnology jurnalında dərc olunan araşdırmaya istinadən xəbər verir ki, laboratoriya şəraitində siçan beyin toxuması üzərində aparılan sınaqlarda bu süni hüceyrələrin real neyronları uğurla aktivləşdirdiyi müəyyən edilib.
Mütəxəssislər bildirirlər ki, elastik və nisbətən ucuz olan bu qurğular bioloji sinir şəbəkələri ilə uyğun elektrik siqnalları yarada bilir.
Araşdırmada yarımkeçirici xüsusiyyətə malik molibden disulfid və keçirici qrafen tərkibli xüsusi elektron materiallardan istifadə olunub. Bu materiallar real neyronların siqnal ötürmə davranışını təqlid edə bilir.
Alimlərin fikrincə, bu texnologiya gələcəkdə görmə, eşitmə və hərəkət qabiliyyətinin bərpasına yönəlmiş neyroprotezlərin, həmçinin beyin-kompüter interfeyslərinin inkişafında mühüm rol oynaya bilər.
Tədqiqatçılar hesab edirlər ki, yeni sistemlər həm də süni intellekt avadanlıqlarının enerji sərfiyyatını azaltmağa kömək edəcək. Bu isə daha səmərəli və bioloji sistemlərə yaxın işləyən texnologiyaların yaradılmasına imkan verə bilər.
Oxşar xəbərlər
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda 4 otaqlı ev 118 800 manatdan - Ucuz mənzillərin satışı başladı
Azərbaycana xaricdən gətirilən UCUZ ƏTLƏR: 11 manatdan başlayır
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
"Prezident Kuboku 2026": Azərbaycan avarçəkəni Azər İlyasov qızıl medal qazanıb - YENİLƏNİB













