Gender bərabərliyinin təmini məqsədilə əməkhaqqına dair yeni tələb müəyyənləşir
Gender bərabərliyinin təmin olunması məqsədilə işəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir.
Far.Az apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilməlidir.
Müvafiq olaraq "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən, əməkhaqqının yalnız eyni və ya oxşar işlərə görə deyil, bərabər dəyərli işlərə görə də ödənilməsi nəzərdə tutulur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən "Cinsindən asılı olmayaraq bir iş yerində işləyən, eyni ixtisas dərəcəsinə malik olan, eyni iş şəraitində işləyən, eyni dəyərli işi yerinə yetirən işçilərə əməkhaqqı, həmçinin mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər eyni ödənilməlidir.
Qeyd edilən maddəyə əsasən eyni ixtisas dərəcəsinə, eyni dəyərə malik eyni işi görən kişi və qadınlara bərabər əməkhaqqı ödənilir. Bu anlayış bərabər dəyərli iş üçün bərabər əmək haqqı standartından daha məhduddur, çünki eyni dəyərə malik olan müxtəlif işləri yerinə yetirən kişilərə və qadınlara aid edilmir. Bununla əlaqədar olaraq 9.1-ci maddə yeni redaksiyada verilir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Azərbaycanda əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklif edilir
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
"Prezident Kuboku 2026": Azərbaycan avarçəkəni Azər İlyasov qızıl medal qazanıb - YENİLƏNİB













