"Prezident Kuboku 2026": Azərbaycan avarçəkəni Azər İlyasov qızıl medal qazanıb - YENİLƏNİB
Far.Az xəbər saytı

"Prezident Kuboku 2026": Azərbaycan avarçəkəni Azər İlyasov qızıl medal qazanıb - YENİLƏNİB


Azərbaycan avarçəkəni Mingəçevirdə davam edən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən "Prezident Kuboku 2026" beynəlxalq reqatasında qızıl medal qazanıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, təmsilçilərimizdən Azər İlyasov akademik avarçəkmədə tək nəfərlik qayıqla 1500 metr məsafədə (2008–2009 təvəllüdlər arasında) qızıl medal qazanıb.

Azərbaycan avarçəkənləri Mingəçevirdə davam edən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən "Prezident Kuboku 2026" beynəlxalq reqatasında daha 2 medal qazanıblar.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, təmsilçilərimizdən Əlimurad Hacızadə ötən gün olduğu kimi yenə gümüş medala sahib çıxıb.

O, (2008-2009 təvəllüdlü idmançılar) birnəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə ikinci olub.

Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütlüyü isə ikinəfərlik kayak qayığında (2010–2011 təvəllüdlü idmançılar ) 500 metr məsafəyə yürüşdə bürünc medal qazanıblar.

Xatırladaq ki, Ə.Hacızadə dünən birnəfərlik kayakda 200 metr məsafəyə mübarizədə gümüş əldə etmişdi.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Reqata mayın 1-də başa çatacaq.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub
Azərbaycan gimnastları Dünya Kubokunda daha bir medal qazanıblar - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər