WUF13 öncəsi Bakıda hotellər üçün xüsusi hazırlıq proqramı təşkil olunub
Dövlət Turizm Agentliyinin və Azərbaycan Hotel Assosiasiyasının birgə təşkilatçılığı ilə 20-30 aprel tarixlərində Bakı şəhəri və Abşeron rayonu üzrə yerləşmə vasitələrinin rəhbər heyəti üçün "Hotel idarəçiliyinin əsasları" mövzusunda maarifləndirici proqram təşkil olunub.
Bu barədə "Far.Az"a Agentlikdən məlumat verilib.
Bildirilib ki, proqramın əsas məqsədi bu ilin mayında Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunu 13-cü sessiyası (WUF13) çərçivəsində ölkəyə gələcək qonaqların yüksək səviyyədə qarşılanmasını təmin etmək, eyni zamanda yerləşmə vasitələrinin idarəçilərinin peşəkar bilik və bacarıqlarını artırmaqla hotellərdə xidmət keyfiyyətinin, gigiyena və təmizlik standartlarının, eləcə də ümumi idarəetmə səviyyəsinin yüksəldilməsinə töhfə verməkdir.
Məlumata əsasən, layihə çərçivəsində hotellərin rəhbər heyətinə sahə üzrə təcrübəli ekspertlər tərəfindən xidmət keyfiyyətinin artırılması, qonaq məmnuniyyəti göstəriciləri, davranış standartları, komanda idarəçiliyi, xidmət və ünsiyyət modelləri kimi mövzuları əhatə edən 3 modullu ödənişsiz maarifləndirici sessiyalar təqdim olunub.
Tədbirin sonunda Azərbaycan Turizm Bürosunun sədr müavini Rəşad Əliyev, Sənayenin inkişafı departamentinin direktoru Nərmin Aktaş və Azərbaycan Hotel Assosiasiyasının icraçı direktoru Əsmər Şabanova tərəfindən proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, yerli qonaqpərvərlik sənayesində xidmət keyfiyyətinin yüksəldilməsi, qonaq məmnuniyyətinin artırılması, yerli və beynəlxalq standartların tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyət mütəmadi olaraq davam etdirilir.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat etdi
-
Madyarla Lyayen Macarıstan üçün 17 milyard avronun blokdan çıxarılması barədə razılığa gəliblər
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
GTA VI oyununun qiyməti 100 dollar olacaq?
-
Bakının premium ərazilərində torpaq: 1 sot 2 milyon manata satılır













