İsveçrədə 31 yaşlı şəxs "öz krallığını" elan etdi: 117 min kvadratmetr ərazini ələ keçirdi
İsveçrədə 31 yaşlı Conas Lauvayner ölkədəki hüquqi boşluqdan istifadə edərək 117 min kvadratmetr sahibsiz ərazini çıxarış ilə öz adına keçirib və "öz krallığını" elan edib.
Far.Az xəbər verir ki, o, daşınmaz əmlak reyestrini araşdıraraq "sahibsiz" kimi qeyd olunan torpaqları müəyyən edib və bu əraziləri pulsuz şəkildə rəsmiləşdirib. Ümumilikdə onun nəzarətinə 83 yolun da daxil olduğu geniş ərazilər keçib.
Lauvayner həmin yolları istifadə edən sakinlərdən "istifadə və baxım haqqı" tələb etməyə başlayıb, həmçinin tikinti və keçid icazələri üçün ödəniş istədiyi iddia olunur.
Özünü "kral" elan edən 31 yaşlı şəxs prosesləri "zorakılıq olmadan həyata keçirdiyini" bildirib və "qan tökmədim" ifadəsi ilə addımını müdafiə edib.
Hadisə yerli hakimiyyət orqanlarının sərt reaksiyasına səbəb olub. Rəsmilər bu vəziyyəti sistemin sui-istifadəsi kimi qiymətləndirir və oxşar halların qarşısını almaq üçün qanunvericiliyin dəyişdirilməsi gündəmdədir.
Qalereya
Oxşar xəbərlər
FHN şagird və müəllimlərlə təlim keçirdi
FHN cəzaçəkmə müəsisəsində təlim keçirdi
FHN zavodda təlim keçirdi
FHN Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təlim keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Rusiya Ermənistan istehsalı olan "Cermuk" suyunun satışını bir daha blokladı













