Yalçın Rəfiyev: SIDS ölkələrinin mədəni irsinin YUNESKO-da siyahıya alınmasına Azərbaycan dəstək verməyə hazırdır
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin Paris şəhərində Beynəlxalq Enerji Agentliyi və COP31 sədrliyinin birgə təşkil etdiyi tədbirdə, eləcə də YUNESKO-da "Kiçik ada inkişaf etməkdə olan dövlətlərinin (SIDS) Beynəlxalq gününə" həsr olunmuş tədbirdə iştirak edib.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində nazir müavini Y.Rəfiyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolun dəvəti ilə Beynəlxalq Enerji Agentliyi və COP31 sədrliyinin birgə təşkil etdiyi "BEA–COP31: yüksək səviyyəli enerji keçidi" adlı tədbirin açılış sessiyasında əsas natiqlərdən biri qismində çıxış edib.
Y.Rəfiyev çıxışında COP29-un enerji sahəsindəki təşəbbüsləri, COP31-ə hazırlıq prosesi, iqlim dəyişiklikləri ilə bağlı mövcud qlobal çağırışlar barədə məlumat verib.
Həmçinin YUNESKO-da Azərbaycanın Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə 25 aprel - Kiçik ada inkişaf etməkdə olan dövlətlərinin(SIDS) Beynəlxalq gününə həsr olunmuş işgüzar tədbir keçirilib.
Y.Rəfiyev tədbirdə çıxış edərək Azərbaycan ilə SIDS arasında münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə edib Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan tərəfindən kiçik ada dövlətlərinə xüsusi diqqətin, inkişaf üçün beynəlxalq yardım sahəsində davamlı dsətəyin göstərildiyini vurğulayıb. Bu əməkdaşlığın yeni bir istiqaməti olaraq SIDS ölkələrinin mədəni irsinin YUNESKO-da siyahıya alınmasına Azərbaycanın siyasi və texniki dəstək verməyə hazır olduğunu bildirib.
Tədbirdə iştirak edən SIDS ölkələrinin YUNESKO nəzdində daimi nümayəndələri Azərbaycanın uğurlu sədrliyi altında COP29-da qəbul edilmiş tarixi qərarların ilk növbədə məhz iqlim dəyişmələrinə həssas olan bu ölkələr üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, ölkəmizə bu sahədə göstərdiyi dəstək üçün təşəkkürlərini ifadə ediblər.
Çıxış edənlər eyni zamanda iqlim çağırışlarının SIDS ölkələrinin mədəni irsi üçün yaratdığı təhlükəni və bu sahədə ölkələrinin üzləşdikləri çətinlikləri xüsusi vurğulayaraq, Azərbaycan tərəfindən belə bir innovativ təklifin irəli sürülməsini olduqca müsbət qarşılayıb və təşəbbüsə dəstəklərini ifadə ediblər.
Tədbirdə sözügedən istiqamətdə mövcud çagırışların həllinə yönəlmiş, Azərbaycan, UNESCO və 39 dövləti əhatə edən SIDS qrupu tərəfindən birgə icra olunacaq proqramın hazırlanması və həyata keçirilməsi haqqında razılıq əldə olunub.
Səfər çərçivəsində Y.Rəfiyev həmçinin Türkiyənin COP31 sədrliyinin rəhbər heyəti ilə görüşüb, Antalya şəhərində baş tutacaq COP31-ə hazırlıq məsələləri müzakirə edilib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Doğulanda atası 40 qoyun kəsdirdi, anası bəzəndi deyə onu döydü - Reanimasiyada olan Fatih Ürek haqqında BİLİNMƏYƏNLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib
-
"Time" jurnalı 2026-cı ilin ən nüfuzlu şirkətlərinin siyahısını tərtib edib
-
Vüqar Rəhimzadə: Okamponun ifşası və ya Avropa strukturlarında kök salan korrupsiya...













