Netanyahu:  İsrail HHQ mümkün əməliyyatlara tam hazırdır
Far.Az xəbər saytı

Netanyahu: İsrail HHQ mümkün əməliyyatlara tam hazırdır


İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin Hərbi Hava Qüvvələrinin potensial əməliyyatlara hazırlıq səviyyəsindən danışıb. O, İsrailin hazırda əvvəlki dövrlərlə müqayisədə daha güclü mövqedə olduğunu bildirib.

Baş nazir vurğulayıb ki, ölkə öz üstünlüyünü qorumaq üçün iki əsas istiqamətə fokuslanır: hərbi gücün artırılması və strateji müstəqilliyin təmin edilməsi. Onun sözlərinə görə, İsrail pilotları zərurət yaranarsa, İran ərazisinin istənilən nöqtəsinə çatmaq imkanına malikdir.

Netanyahu həmçinin qeyd edib ki, müdafiə sahəsində xarici asılılığı azaltmaq məqsədilə yerli silah istehsalının genişləndirilməsi planlaşdırılır. Bu çərçivədə növbəti onillikdə müdafiə büdcəsinə əlavə 350 milyard şekel ayrılması nəzərdə tutulur.

Açıqlamaya görə, bu vəsait yeni texnologiyalara əsaslanan uçuş aparatlarının hazırlanmasına və hərbi potensialın gücləndirilməsinə yönəldiləcək.

Baş nazir çıxışında Livan istiqamətindən gələn pilotsuz uçuş aparatları təhlükəsinə də toxunub və bu sahədə artıq xüsusi proqramın işə salındığını bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər