Şəkidə arvadını öldürməkdə təqsirləndirilən şəxsə AĞIR CƏZA
Şəkidə arvadını qətlə yetirməkdə təqsirləndirilən Həmid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Far.Az APA-ya istinadla xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub, təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.
Həmid Əliyevin digər cinayət işi ilə bağlı məhkəmənin təyin etdiyi cəza qismən birləşdirilərək ona yekun olaraq 18 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 228.5-ci (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham olunub.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
-
ÜST rəhbəri "MV Hondius" sərnişinlərinin təxliyəsinə nəzarət edəcək
-
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
-
İsrailin Livana hücumları nəticəsində azı 19 nəfər ölüb - YENİLƏNİB
-
Çimayev UFC-də uduzdu: Striklend dünya çempionu oldu
-
ABŞ Hörmüz boğazında 58 ticarət gəmisinin istiqamətini dəyişdirib













