"A-Qrup Sığorta"nın mənfəəti 55 %-ə yaxın azalıb
Far.Az xəbər saytı

"A-Qrup Sığorta"nın mənfəəti 55 %-ə yaxın azalıb


"A-Qrup Sığorta" ASC bu ilin I rübünü 453 min manat mənfəətlə başa vurub.

"Far.Az" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 54,7 % azdır.

Bu il aprelin 1-nə "A-Qrup Sığorta"nın aktivləri 27,984 milyon manat olub ki, bu da illik müqayisədə 0,1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,8 % artaraq 14,002 milyon manata çatıb, balans kapitalı isə 3,4 % azalaraq 13,982 milyon manata düşüb.

Xatırladaq ki, "A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Rövşənoğlu Agro" - "YARA" şirtkəti ilə birgə yerli fermerlər üçün ixtisaslaşmış seminar təşkil etdi
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər