Qarabağ Dirçəliş Fondu: Yaxın zamanda Füzulidə bir sıra obyektlərin tikintisinə başlanacaq
Füzuli şəhərində çox böyük mərkəzi parkın salınması, onun ərazisində müxtəlif obyektlərin, o cümlədən restoranların, oyun və idman meydançalarının, körpülərin və digər obyektlərin tikintisinə yaxın vaxtlarda başlanacaq.
"Report" xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh") jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu işlər hazırda ekspertiza mərhələsindədir: "Eyni zamanda Fondun dəstəyi ilə Füzuli şəhərində və Zəngilan rayonunda ekologiya ilə bağlı bir layihəmiz olub. Bu yaxınlarda ölkə rəhbərliyinin tapşırığı ilə Mədəniyyət Nazirliyi ilə birlikdə Qarabağda memorial komplekslərin yaradılması layihəsinə maliyyə dəstəyini ayırmağa başlayırıq. Bu kimi layihələr çoxdur".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Vətən müharibəsinin başlamasından 4 il ötür
Rəhman Hacıyev: "Şahbulaq qalası ətrafında turizm infrastrukturunun qurulmasına maliyyə dəstəyi ayrılır"
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Qarakənd faciəsindən 35 il ötür
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb













