Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına yatırılan investisiyanın həcmi açıqlanıb
Sahibkarlar Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına 118 milyon manatdan çox investisiya yatırıb və 500-ə yaxın daimi iş yeri yaradıblar.
Bunu “Report”a İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat xidmətinin rəhbəri Elçin Kazımov bildirib.
Onun sözlərinə görə, artıq sənaye parklarında bir sıra müəssisələr fəaliyyətə başlayıb: "Ağdam Sənaye Parkında 9, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında isə bir müəssisə fəaliyyət göstərir. Bu müəssisələr elektrik paylayıcı avadanlıqlar, elektrik yuvaları, beton yarımstansiyalar, dam və fasad örtükləri, havalandırma və yanğınsöndürmə avadanlıqları, müxtəlif metal məmulatları, divar kağızları, müxtəlif növ ayaqqabılar, avtomatlaşdırma və telemexanika sistemləri, beton istehsalı ilə məşğuldur. Həmçinin, kənd təsərrüfatı texnikası və ağır yük maşınları üçün texniki servis xidmətləri göstərilir. Bu müəssisələrdə istehsal olunan məhsullar işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində və daxili bazarda istifadə olunur", - E. Kazımov qeyd edib.
O əlavə edib ki, növbəti il üçün Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında bir sıra yeni müəssisələrin fəaliyyətə başlaması planlaşdırılır: "Bunlar arasında dekorativ daşlar, dezinfeksiyaedici və yuyucu vasitələr, sement, mina təmizləyən avadanlıqlar, tütün məmulatları, sintetik xalçalar, metal profillər, anbar stellajları və digər inşaat materiallarının istehsalı üzrə müəssisələr var".
Xatırladaq ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam Sənaye Parkı dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılıb. Sənaye parkı 190 hektar ərazini əhatə edir. Ərazisi 200 hektar olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən Cəbrayıl rayonunda yaradılıb.
Oxşar xəbərlər
İZİA rəsmisi: “Araz Vadisi İqtisadi Zonası”nda təməli qoyulan müəssisələr gələn il fəaliyyətə başlayacaq”
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ağdam Sənaye Parkında Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodu istifadəyə verilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
-
Trampın qəbulunda atışmada şübhəli bilinən şəxsə yeni ittihamlar irəli sürülə bilər
-
İlham Əliyev: Müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndiririk
-
Kubanıçbek Omuraliyev və Anar Əliyev TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər













