Toni Kroos Arda Güləri TƏRİFLƏDİ - "Real Madrid üçün çox önəmli olacaq"
Far.Az xəbər saytı

Toni Kroos Arda Güləri TƏRİFLƏDİ - "Real Madrid üçün çox önəmli olacaq"


"Real Madrid"in əfsanəvi alman futbolçusu Toni Kroos türkiyəli futbolçu Arda Gülər haqqında diqqətçəkən fikirlər səsləndirib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Kroosun fikrincə gənc futbolçu gələcəkdə "Real Madrid"in əsas simalarından birinə çevrilə bilər.

Alman ulduz Arda Gülərin ən yaxşı mövqeyinin "10 nömrə" olduğunu vurğulayıb və onun hücum xəttinə yaxın oynadığı zaman daha faydalı olduğunu deyib.

"Toni Kroosun sözlərinə görə, Arda Gülər bu mövsüm kifayət qədər oyun şansı qazanıb və yaxın gələcəkdə Madrid klubu üçün çox önəmli futbolçu olacaq.

"Arda Gülər gələcəyin oyunçusudur. Bu il çox oynadı və "Real Madrid" üçün çox vacib olacaq. Onun ən yaxşı mövqeyi qapıya yaxın "10 nömrə" roludur. Son ötürmələri möhtəşəmdir. Buna görə də hücumçulara və cinah oyunçularına yaxın olmalıdır", - deyə Kroos bildirib.

O əlavə edib ki, Ardanın mərkəzdə oynadılması onun potensialını tam ortaya çıxarmağa imkan vermir:

"O, sırf müdafiəyönümlü və ya klassik mərkəz yarımmüdafiəçisi deyil. Buna görə də mərkəzdə müəyyən keyfiyyətlərini itirir. Amma geridən oyun qurmaq bacarığı da var", - deyə Toni Kroos qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər