Baltikyanı ölkələr Avropanın müdafiəsi məsələsində fərqli yanaşma nümayiş etdirir
Litva və Estoniyanın müdafiə nazirləri Avropa İttifaqının (Aİ) Müdafiə Şurasının iclasından əvvəl Avropanın təhlükəsizliyinin gücləndirilməsinə yanaşmalardakı fərqləri nümayiş etdiriblər.
"Far.Az"un Avropa bürosunun məlumatına görə, Vilnüs NATO-nun şərq cinahının gücləndirilməsini, Tallin isə Avropa İttifaqının özünün potensialını layiqincə qiymətləndirilməsini vacib hesab edir.
Litvanın müdafiə naziri Robertas Kaunas bəyan edib ki, hazırda "Avropa ordusu haqqında danışmağın vaxtı deyil", NATO-nun hərbi imkanlarla bağlı hədəflərinin yerinə yetirilməsi isə prioritet olaraq qalmalıdır.
Estoniyanın müdafiə naziri Hanno Pevkur bəyan edib ki, Aİ Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsində daha nəzərəçarpan rol oynamalıdır.
"Avropanın özünə daha çox inamı olmalıdır", - Pevkur bildirib və qeyd edib ki, Aİ-nin məcmu ÜDM-i təxminən 25 trilyon avro təşkil edir, bu isə Rusiyanın göstəricisini dəfələrlə üstələyir, Avropa ölkələrinin müdafiə xərcləri isə sürətlə artır.
Onun sözlərinə görə, Avropa İttifaqı üzv ölkələrin milli müdafiə səylərinə təkan verməli, uzaqmənzilli zərbə sistemləri, hərbi mobillik və digər imkanların inkişafına kömək etməlidir.
Hər iki nazir Ukraynanın bundan sonra da dəstəklənməsinin və Avropanın müdafiə sənayesinin inkişafının vacibliyini təsdiqləyiblər. Lakin Litva tərəfi regionun təhlükəsizliyinin əsas qarantı kimi NATO-nu prioritet hesab edir, Estoniya isə Aİ-nin müdafiə sahəsində daha çox öhdəlik götürmək qabiliyyətini ön plana çəkib.
Oxşar xəbərlər
Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub
Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb
-
Ailənin illərdir gözlədiyi övladı faciəli şəkildə öldü: Muradın ad gününə cəmi iki gün qalmışdı...
-
Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək
-
TDT baş katibi Allahşükür Paşazadə ilə görüşüb
-
WUF13 iştirakçılarının NƏZƏRİNƏ: 6 istiqamət üzrə şattl avtobusları fəaliyyətə başlayır
-
"Al Jazeera": İran uranı ölkədən çıxarmaqdan imtina edib













