Hörmüz Boğazında son 9 gündə ən yüksək gəmi keçidi qeydə alınıb
Far.Az xəbər saytı

Hörmüz Boğazında son 9 gündə ən yüksək gəmi keçidi qeydə alınıb


Hörmüz Boğazında 11 may tarixində son 9 gün ərzində ən yüksək ticarət gəmi hərəkəti müşahidə olunub.

Far.Az xəbər verir ki, müxtəlif növ yüklər, quru yük, LPG, neft məhsulları və taxıl daşıyan 10 ticarət gəmisi boğazdan keçib. Bu göstərici 2 mayda qeydə alınan 14 gəmi keçidindən sonra ən yüksək rəqəm kimi qiymətləndirilir.

Məlumata əsasən, dünən keçid edən gəmilərin yarısı Körfəzə daxil olub, digər yarısı isə Körfəzdən çıxış edib. Gəmilərin əksəriyyəti İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Oman arasında hərəkət edib. Eyni zamanda Argentina və Kanadadan gələn gəmilərin də İran istiqamətində taxıl daşıdığı bildirilib.

Bununla yanaşı qeyd olunur ki, Hürmüz Boğazında ümumi ticarət gəmi axını əvvəlki dövrlərlə müqayisədə hələ də kəskin aşağı səviyyədə qalır.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər