ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb
Far.Az xəbər saytı

ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb


ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının minalardan təmizlənməsi əməliyyatına yalnız o halda başlaya biləcək ki, HDQ bölmələri atəşə məruz qalmasın.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ HDQ-nin qərargah rəisi admiral Deril Kodl ABŞ Konqresi Nümayəndələr Palatasının müvafiq komitəsinin dinləmələrində qanunvericilərin müvafiq sualını cavablandırarkən bildirib.

"Düşmən atəşi altında olarkən bu tapşırığı yerinə yetirmək qeyri-mümkündür", - o vurğulayıb.

Kodl həmçinin dəqiqləşdirib ki, Birləşmiş Ştatların hərbi dəniz donanması bu regionda minatəmizləmə əməliyyatları üçün böyük vasitələr arsenalına malikdir, lakin o, prosedurun özünün zəhmət tələb edən olduğuna və xeyli vaxt apardığına diqqət çəkib.

Hələ mart ayında "CBS News" telekanalının müxbiri Cennifer Ceykobs bildirmişdi ki, ABŞ kəşfiyyatı Hörmüz boğazının İran tərəfindən minalanması ehtimalı barədə məlumatlar əldə edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ben Affleklə Cennifer Lopez yenidən eşq yaşayır?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər