Kamran Əliyev Xankəndidə vətəndaşları qəbul edəcək
Far.Az xəbər saytı

Kamran Əliyev Xankəndidə vətəndaşları qəbul edəcək


Baş prokuror Kamran Əliyev cari il mayın 20-də, saat 10:00-da Xankəndi şəhər prokurorluğunun inzibati binasında Xankəndi şəhər, Ağdərə, Xocalı, Xocavənd və Şuşa rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə "Far.Az"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Xankəndi şəhərinə gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Oxşar xəbərlər

İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə Zəfər atəşfəşanlığı
Kamran Əliyev Şirvanda vətəndaşları qəbul edəcək
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər