Belçikalı tələbələrə Azərbaycan haqqında məlumat verilib
Far.Az xəbər saytı

Belçikalı tələbələrə Azərbaycan haqqında məlumat verilib


Antverpen Universitetinin nəzdində fəaliyyət göstərən peşəkar tələbə assosiasiyası - "AntwerpMUN"in (Antwerp Model United Nations) bir qrup üzvü Azərbaycanın Belçikadakı səfirliyini ziyarət edib.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın Belçikadakı səfirliyininin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Ziyarət zamanı qonaqlara Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti və xarici siyasət prioritetləri barədə ətraflı məlumat verilib", - paylaşımda bildirilib və əlavə olunub ki, Azərbaycanın zəngin tarixi irsi, multikultural ənənələri, strateji coğrafi mövqeyi, eləcə də ölkənin xarici siyasət prioritetləri, regional və beynəlxalq əməkdaşlıq səylərini diqqətə çatdıran əhatəli təqdimat nümayiş etdirilib.

Tələbələrə həmçinin Azərbaycan–Belçika münasibətləri və Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlıq çərçivəsi barədə məlumat verilib:

"Görüşün sonunda qonaqlara Azərbaycan haqqında video-təqdimat nümayiş etdirilib".

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər