İsrailin hakim koalisiyası parlamentin buraxılması barədə qanun layihəsi təqdim edib
İsrailin hakim koalisiyası ölkə parlamentinin (Knesset - red.) hazırkı çağırışının buraxılması üçün qanun layihəsi təqdim edib.
"Report"un "Kan" dövlət televiziyasına istinadən məlumatına görə, sənəd 13 mayda Baş nazir Benyamin Netanyahunun sədrlik etdiyi "Likud" partiyasından olan parlament üzvü, koalisiya sədri Ofir Katz tərəfindən təqdim edilib.
Qeyd olunur ki, qanun layihəsi bütün koalisiya fraksiyalarının rəhbərləri tərəfindən dəstəklənib. Növbədənkənar parlament seçkilərinin tarixinin Knesset İşləri üzrə Komitədə müzakirələr yolu ilə müəyyən ediləcəyi gözlənilir.
"Kan"ın məlumatına görə, koalisiya bu addımı əvvəlcə ultradindar fraksiyalardan biri tərəfindən təşəbbüs edilən və müxalifət tərəfindən dəstəklənən parlamentin buraxılması prosesinə və vaxtına nəzarət üçün atıb. Knessetin buraxılması ilə bağlı səsvermənin gələn həftə keçirilməsi gözlənilir.
"Ynet" portalının məlumatına görə, koalisiya artıq erkən seçkilərin mümkün tarixlərini müzakirə edib. Əvvəlcə 1 sentyabr və 15 sentyabr tarixləri nəzərdən keçirilib, dini partiya "ŞAS" daha yüksək fəallığa ümid edərək bu variantı dəstəkləyib.
Bu arada, "Likud" və "Dini Sionizm" partiyalarının nümayəndələri seçkilərin daha tez keçirilməsinin mövcud koalisiya üçün əlverişsiz ola biləcəyinə inanırlar və səsvermələrin təxirə salınmasını müdafiə edirlər. Xüsusilə, "Dini Sionizm"in lideri Bezalel Smotriç ifrat sağçı partiyasının seçki həddini keçməyəcəyindən qorxaraq, səsvermənin 27 oktyabra təxirə salınmasını təklif edir. Növbəti Knesset seçkiləri əvvəlcə bu tarixə planlaşdırılmışdı.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti Davosda "Euronews" televiziyasına müsahibə verib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçası ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib
-
Sizə də bu vitaminlərdən yazılıbsa İÇMƏYİN - Normadan aşağıdır
-
"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 282 investor maraq göstərib
-
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin medalçıları mükafatlandırılıb













