"Bakı–Xankəndi" velosiped yarışında fərdi və komanda hesabında qaliblər müəyyənləşib
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışında 5 mərhələnin nəticələrinə əsasən fərdi və komanda hesabında qaliblər müəyyənləşib.
"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, yekunda "Burqos" komandasının üzvü Coş Barnett yarışın qalibi olub.
O, həmçinin bu gün keçirilən sonuncu - V mərhələni də qələbə ilə başa vurub.
Yeni zelandiyalı idmançının təmsil etdiyi "Burqos" komandası isə komanda hesabında birinci yeri tutub.
Xatırladaq ki, ilk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Növbəti gün "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov qalib olub. Üçüncü mərhələdə "Astana"nın rusiyalı üzvü Qleb Suritsa, dördüncü mərhələdə isə İtaliyanın "Bardiani CSF 7 Saber" komandasından Marko Manenti bütün rəqiblərini qabaqlayıb.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparıb. Turnirin mükafat fondu 50 000 avrodan çox olub.
Oxşar xəbərlər
Yeni zelandiyalı velosipedçi Coş Barnett "Bakı–Xankəndi" yarışının V mərhələsinin qalibi olub
"Bakı–Xankəndi" velosiped yarışına bu gün yekun vurulacaq
Bu gün "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsi keçiriləcək
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin medalçıları mükafatlandırılıb
Marko Manenti "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin qalibi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Bu gün Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq
-
Ənvər Qarqaş: BƏƏ ABŞ, İsrailin İranla münaqişəsinin diplomatik həlli üçün mübarizə aparır
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu













