"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin medalçıları mükafatlandırılıb
Far.Az xəbər saytı

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin medalçıları mükafatlandırılıb


"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin medalçıları mükafatlandırılıb.

"Report"un Naftalana ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov, vitse-prezident və turnirin Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov iştirak ediblər.

İtaliyanın "Bardiani CSF 7 Saber" komandasının üzvü Marko Manentiyə qızıl, "Astana"dan Henok Mulubrhana gümüş, "Roojai İnsurance Winspace" komandasından Pita Kristian Davidə bürünc medal təqdim olunub.

İlk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Növbəti gün "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov qalib olub. Üçüncü mərhələdə "Astana"nın rusiyalı üzvü Qleb Suritsa bütün rəqiblərini qabaqlayıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Bu gün "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsi keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər