114 nömrəli marşrutla bağlı ŞİKAYƏTƏ AYNA-dan CAVAB
Far.Az xəbər saytı

114 nömrəli marşrutla bağlı ŞİKAYƏTƏ AYNA-dan CAVAB


Pirəkəşkül və Müşfiqabad qəsəbələrinə fəaliyyət göstərən 114A nömrəli marşrutda 8 avtobus 12-14 dəqiqə, 114B nömrəli marşrutda isə 6 avtobus 14-16 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Günün pik saatlarında marşrutların hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb ola bilir.

Far.Az xəbər verir ki, bu barədə AYNA sorğuya cavab verib.

Bildirilib ki, qurum tərəfindən daşıyıcıya marşrut xətlərinin nizamlı fəaliyyətinin təmin edilməsi, hərəkət cədvəlinə riayət olunması, avtobus sayının sərnişin tələbatına uyğun tənzimlənməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Həmçinin daşıyıcıya avtobusların saz vəziyyətdə saxlanılması, avtobus parkının yenilənməsi ilə bağlı tədbirlərin görülməsi ilə bağlı xəbərdarlıq edilib. Daşıyıcı tərəfindən tədbir görülməyəcəyi təqdirdə, marşrutlar müsabiqəyə çıxarılacaq.

***10:25

Paytaxt sakinləri 114 nömrəli marşrut xəttində yaşanan problemlərdən narazıdırlar.

Məsələ ilə bağlı Far.Az-in "Qaynar xətti"nə vətəndaş şikayəti daxil olub.

Sərnişinin sözlərinə görə, marşrutda uzun müddətdir ciddi problemlər yaşansa da, məsələ hələ də həllini tapmayıb. Bildirilib ki, bununla bağlı dəfələrlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilib və daşıyıcı şirkətə xəbərdarlıq olunmasına dair cavab məktubları göndərilib. Lakin buna baxmayaraq, vəziyyət dəyişməyib.

Şikayətdə qeyd olunub ki, 114 nömrəli avtobuslarda intervallar həddindən artıq uzundur, xəttə sərnişin sıxlığına uyğun sayda avtobus buraxılmır. Bundan əlavə, avtobusların salonunda antisanitar vəziyyət hökm sürür, bir çox oturacaqlar qırıq və yararsız haldadır.

Vətəndaşın sözlərinə görə, qış aylarında istilik sistemi normal işləmir, yay mövsümündə isə avtobuslarda soyutma sistemi olmadığından sərnişinlər ciddi narahatlıq yaşayırlar. Bundan əlavə sürücülər sərnişinlərlə çox kobud formada rəftar edirlər.

Sərnişinlər həmçinin bildiriblər ki, saat 23:00 olmamış 114 nömrəli avtobuslar fəaliyyətini dayandırır ki, bu da xüsusilə gec saatlarda hərəkət edən vətəndaşlar üçün çətinlik yaradır.

Məsələ ilə bağlı aidiyyatı quruma müraciət etdik.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
114A və 114B nömrəli avtobuslardan ŞİKAYƏT
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər