Sizə də bu vitaminlərdən yazılıbsa İÇMƏYİN - Normadan aşağıdır
Normativ sənədlərin tələblərinə cavab verməyən bioloji aktiv qida məhsulları məhv edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Adəm İsgəndərov tərəfindən Türkiyədən idxal olunan (11.11.2025-11.01.2028-ci il istehsal və son istifadə tarixli), "Tocura İlaç Sanayi Ve Ticaret A.Ş" müəssisəsinin istehsalı olan 3025 ədəd "Exnabet" əmtəə nişanlı, eləcə də "Ren Farm" MMC-nin İtaliyadan idxal etdiyi (01.11.2025-01.11.2027-ci il istehsal və son istifadə tarixli) "Alsa Lab SRL" müəssisəsinin istehsalı olan 3047 ədəd "Deluar Drops" bioloji aktiv qida məhsullarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Sınaq nəticəsində "Exnabet" məhsulunda Selen, A və E vitaminlərinin, "Deluar Drops" məhsulunda isə D3 vitaminin miqdarının normadan aşağı olduğu müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyaları məhv edilib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
20 su emalı müəssisəsində mikrobioloji çirklənmə aşkarlanıb
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İtaliyadan ölkəmizə gətirilən bioloji aktiv qida məhsulları məhv edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Futbolçuda xərçəng aşkarlandı - Həkim xəstəliyi "Xəyanətkar" adlandırdı
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
Sumqayıtda keçirilən WUF13 Festivalının ictimai proqramına altı mindən çox sakin qatılıb - YENİLƏNİB
-
"Real"ın prezidenti vəzifəsinə növbədənkənar seçkilər keçiriləcək
-
ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb
-
Azərbaycan və Pakistan qlobal gündəmə aid məsələləri müzakirə edib













