TRACECA Hökumətlərarası Komissiyasının XVIII illik iclası keçirilir
Astanada TRACECA Hökumətlərarası Komissiyasının XVIII illik iclası keçirilir.
"Report"un Qazaxıstan bürosunun məlumatına görə, tədbirdə iştirakçı ölkələrin nümayəndə heyətləri, TRACECA daimi katibliyinin rəsmiləri, beynəlxalq təşkilatlar və tərəfdaşlar iştirak edirlər.
Görüşdə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, region ölkələrinin tranzit potensialının gücləndirilməsi və TRACECA proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunur.
Tədbirdə həmçinin TRACECA Hökumətlərarası Komissiyasına sədrliyin Qazaxıstana təhvil verilməsi, nümayəndə heyətləri rəhbərlərinin çıxışları, tranzit və nəqliyyat əməkdaşlığı sahəsində sənədlərin imzalanması və təşkilatın Daimi Katibliyinin Baş katibinin seçilməsi də nəzərdə tutulub.
TRASEKA - Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyata dair Əsas Çoxtərəfli Sazişi imzalamış 14 dövləti birləşdirən beynəlxalq səviyyədə tanınmış proqramdır. Onların sırasında Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan və Ukrayna yer alır.
Oxşar xəbərlər
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Milyardlıq kosmetika imperiyasını tərk edib rahibliyə keçdi
-
Azərbaycanda qeyri-bank təşkilatları "Açıq bankçılığ"a qoşula biləcəklər













