Bakıda şagirdlər arasında DAVA: Məsələ rəhbərlik tərəfindən ARAŞDIRILIB
Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli məktəbdə təhsil alan şagirdlərdən birinin digər məktəb yoldaşına qarşı zorakılıq etməsi və bunu çəkərək sosial şəbəkədə paylaşması geniş müzakirələrə səbəb olub.
Baku TV-nin çəkiliş qrupu məsələni aydınlaşdırmaq üçün sözügedən məktəbdə olub.
"Telefonu dostuna verib ki, çək, mən bunu döyürəm. Sonra da videonu paylaşıblar. Belə hadisələr tez-tez yaşanır", - şagirdlərdən biri hadisə barədə danışarkən deyib.
Məktəb direktorunun müavini Azər Yusifov isə bildirib ki, hadisə tənəffüs vaxtı 9-cu sinif şagirdləri arasında baş verib:
"Videogörüntü sosial şəbəkədə yayıldıqdan sonra məsələ məktəb rəhbərliyi tərəfindən araşdırılıb. Fiziki təzyiqə məruz qalan şagird heç bir xəsarət almayıb".
***10:52
Bakıda şagirdin digər məktəbliləri döydüyü iddia olunur.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisənin 271 nömrəli tam orta məktəbdə baş verdiyi bildirilir.
Təhsil müəssisəsindən əldə etdiyimiz məlumata görə, N.A. adlı şagird, demək olar ki, hər gün məktəblilərə fiziki şiddət göstərir.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Qeyd edək ki, ötən ilin əvvəlində (2025-ci ilin fevral ayında) də sözügedən məktəbdə şagirdlər arasında insident görüntüləri sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
"Bakcell" Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb
Polis Akademiyası IX–XI sinif şagirdləri ilə təbliğat-təşviqat tədbirləri keçirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
"Nə qədər ki, sağam, mahnılarıma qulaq asın"
-
İbrahim Əzizi: ABŞ və İsrail İrana qarşı müharibədə istəyinə nail ola bilməyib
-
Səudiyyə Ərəbistanı Yaxın Şərq və İran arasında təcavüzkarlıq paktının imzalanmasını təklif edib
-
Əraqçi: İranla bağlı məsələlərin hərbi həlli yoxdur
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı













