Daniel Karvahal mövsümün sonunda "Real"ı tərk edəcək
Far.Az xəbər saytı

Daniel Karvahal mövsümün sonunda "Real"ı tərk edəcək


"Real"ın (İspaniya) müdafiəçisi və kapitanı Daniel Karvahal mövsümün sonunda azad agent kimi komandanı tərk edəcək.

"Far.Az" "The Athletic"ə istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi 34 yaşlı futbolçunu növbəti mövsüm üçün planlarına daxil etmədikləri barədə artıq məlumatlandırıb.

Təcrübəli müdafiəçi ilə Səudiyyə Ərəbistanı klublarının yaxından maraqlandığı bildirilir.

Qeyd edək ki, D.Karvahal "Real"ın yetirməsidir. O, Madrid təmsilçisinin heyətində bütün turnirlərdə meydana çıxdığı 449 matçda 14 qol və 65 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər