Macarıstan səfiri: Hazırda dünyada milyardlarla insanın mənzil təminatı əlçatmazdır
Hazırda dünyada milyardlarla insanın mənzil təminatı əlçatmazdır.
"Report" xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torman Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında bildirib.
Onun sözlərinə görə, Bakıda WUF13-ün keçirilməsi Azərbaycanın beynəlxalq ictimaiyyətin mühüm üzvü kimi tanınmasının göstəricisidir:
"On il əvvəl beynəlxalq ictimaiyyət iddialı bir baxışla yeni şəhər gündəliyini qəbul edib. Bu gün həmin gündəliyin iddialı öhdəliklərinin on illik icrasına nəzər salarkən biz təkcə mühüm irəliləyişləri deyil, həm də təcili vəzifələri də etiraf etməliyik. Son 10 il ərzində yeni şəhər gündəliyi dayanıqlı şəhərləşmə məsələsini qlobal inkişafın mərkəzinə gətirməyə kömək edib. Bir çox ölkələr öz fəaliyyətlərini izləyib, şəhər siyasətləri hazırlanıb, iqlimə davamlı planlaşdırma genişləndirilib və ictimai nəqliyyata, rəqəmsal infrastruktura investisiyalar yatırılıb".
Onun sözlərinə görə, mənzil böhranı dünyanın bir çox yerlərində dərinləşib:
"Müvafiq, əlçatan və təhlükəsiz mənzilə çıxış dünya üzrə milyardlarla insan üçün hələ də əlçatmazdır. Buna görə də mənzil artıq yalnız sosial məsələ kimi nəzərdən keçirilməməlidir. O, dövrümüzün müəyyənedici iqtisadi, ekoloji və siyasi çağırışıdır. Reallıq aydındır: biz mənzil məsələsini şəhər gündəliyinin mərkəzinə qoymadan dayanıqlı şəhər inkişafına nail ola bilmərik. Buna görə də növbəti onillik icra onilliyi olmalıdır".
Xəbər yenilənir
Oxşar xəbərlər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb
-
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışı üç mükafatla başa vurublar













