AzMİU-nun dekanı: "Gələcəyin şəhərləri inkluziv və insan-yönümlü olmalıdır"
Gələcəyin şəhərləri yalnız "ağıllı"deyil, həm də inkluziv və insan-yönümlü olmalıdır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Dizayn fakültəsinin dekanı Fərid Kərimov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Region Bələdiyyələrin Urbanizasiyası Forumu"nda bildirib.
Onun sözlərinə görə, müasir dövrdə şəhərsalma prinsipləri köklü şəkildə dəyişir: "Bu gün şəhərlər yalnız binalar və küçələr demək deyil. Bu gün artıq şəhər anlayışı tamam başqa formada başa düşülür. Şəhər insan hüquqlarının, sosial bərabərliyin və ekoloji məsuliyyətin ifadə olunduğu məkanlardan başqa, həm də artıq inkluzivlik, yəni iqtisadi səmərəlilik, sosial inkluzivlik və əlçatanlıq olan bir məkanlar anlamına gəlib çatıb".
F. Kərimov qlobal və yerli şəhərləşmə statistikasını diqqətə çatdırıb: "Bu gün BMT-nin məlumatına görə, 56 % insan şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bu, 68 %-ə çatacaq. Hər həftə təxminən 1,5 milyon insan şəhərlərə köçür. Və Azərbaycan üzrə bu göstərici artıq 58 %-dir. Bu o deməkdir ki, artıq hər kəs çox gözəl şərait yaradılıb, əlçatan olan, müəssər olan şəhərlərdə yaşamağa can atır və həqiqətən də bu, Azərbaycan üzrə baş verir. Bu, elə-belə də baş vermir. Çünki bizim şəhərlərimiz həqiqətən buna uyğunlaşır. Şəhərlərimizdə gözəl yenidənqurma işləri və əlçatanlıq, dayanıqlı inkişaf prinsiplərinə uyğun böyük yenidənqurma işləri gedir".
Oxşar xəbərlər
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13-də "Urban Expo" sərgisinin rəsmi açılışı olub
-
Yuxuda nəfəs dayanması ölüm riskini artırır – Həkimlərdən xəbərdarlıq
-
Neftin qiyməti yenidən 110 dolları ötüb
-
Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
-
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - "Su qiymətinə"
-
İran Hörmüz boğazı ilə bağlı yeni mexanizm hazırlayıb













