Serjio Maqalyaynş: "Latın Amerikasında maliyyə çatışmazlığı iqlim hədəflərinə çatmağa mane olur"
Far.Az xəbər saytı

Serjio Maqalyaynş: "Latın Amerikasında maliyyə çatışmazlığı iqlim hədəflərinə çatmağa mane olur"


Maliyyələşdirmə məsələsi Latın Amerikası və Karib hövzəsi regionu üçün əsasdır.

"Far.Az" xəbər verir ki, bunu Rio-de-Janeyronun sabiq mənzil tikintisi naziri və Braziliya Memarlar İnstitutunun sabiq prezidenti Serjio Ferraz Maqalyaynş (Sergio Ferraz Magalhaes) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Latın Amerikası və Karib hövzəsi ölkələrinin Mənzil Tikintisi və Şəhərsalma üzrə Nazirlərinin və Yüksək Vəzifəli Şəxslərinin Forumunda (MINURVI) bildirib.

"Biz həm ev tikməyə və ya almağa ehtiyacı olan ailələr üçün olduqca yetərsiz maliyyələşdirmədən, həm də qeyri-rəsmi yaşayış məntəqələrinin abadlaşdırılması üçün vəsaitlərin demək olar ki, olmamasından danışırıq. Resursların belə kəskin çatışmazlığı şəraitində şəhərlər sürətlə böyüməkdə davam edir, lakin bu artım nəzarətsiz şəkildə və yoxsulluq şəraitində baş verir. Şəhər inkişafının keyfiyyəti ilə iqlim sahəsindəki vəzifələr arasındakı ziddiyyət göz qabağındadır. Latın Amerikası və Karib hövzəsi regionu bu cür məsələlərin həllində böyük təcrübəyə malikdir. Məsələn, Braziliyanın Niteroy şəhəri hazırda bütün qeyri-rəsmi yaşayış məntəqələrinin revitalizasiyası üzrə genişmiqyaslı proqram həyata keçirir. Bununla belə, həm mənzil problemlərinin həllində ailələr, həm də infrastrukturun yenilənməsi məqsədilə hökumətlər üçün ardıcıl maliyyə dəstəyi olmadıqda şəhərlər bundan sonra da nizamsız şəkildə genişlənəcək. Bu isə o deməkdir ki, biz yenə də iqlim böhranının həllindən uzaqlaşmaqda davam edəcəyik", - o vurğulayıb.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər