OECD: Dünya mənzil problemi ilə deyil, faktiki olaraq mənzil böhranı ilə üz-üzədir
Dünya mənzil problemi ilə deyil, faktiki olaraq mənzil böhranı (gərginliyi) ilə üz-üzədir.
"Far.Az" xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şəhərlər, Şəhərsalma Siyasəti və Dayanıqlı İnkişaf Bölməsinin Rəhbəri Aziza Akhmouch Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Siyasətdən Təsirə: Mənzil Təminatının Miqyasının Artırılması" tədbirində bildirib.
Onun sözlərinə görə, hətta inkişaf etmiş iqtisadiyyatlarda belə mənzil çatışmazlığının, əlçatan olmayan mənzillərin və ya keyfiyyətsiz mənzil şəraitinin nə dərəcədə təkcə rəqabət qabiliyyətinə maneə törətmədiyini, həm də ciddi bir narazılıq mənbəyinə çevrildiyini görürük. Hətta bizim təqdim etdiyimiz bəzi məlumatlarda bu amilin bir sıra ölkələrdə yeni növ "narazılıq coğrafiyası" və populyarlığın artması ilə birbaşa bağlı olduğu üzə çıxıb. Son iki gündə Bakıda eşitdiklərimiz isə ondan ibarətdir ki, dövlət siyasətinin etibarlılığı artıq bəyanatlarla deyil, real nəticələrlə, icra ilə ölçülür. Əsas missiyası hökumətlərə "daha yaxşı həyat üçün daha yaxşı siyasət" hazırlamağa kömək etmək olan bir təşkilat kimi biz bu məsələni çox yaxından izləyirik, çünki heç bir sahədə mənzil sektorunda olduğu qədər aşkar və siyasi cəhətdən həssas bir vəziyyət yoxdur".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir
-
Bolt WUF 2026 ərəfəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib
-
Bakıdan Tbilisiyə qatarlar bərpa olunur? - RƏSMİ
-
İliyana Yotova: İlham Əliyev Bakını elə bir şəhərə çevirib ki, burada hər kəs gələcəkdən danışır
-
ADY: BTQ dəmir yolu xəttində modernləşdirmə işləri tamamlanıb
-
II Liqanın qalibi olan "Xankəndi" I Liqaya yüksəlib













