Mingəçevir Dövlət Universitetində beynəlxalq elmi platforma: 23 ölkənin alim və tədqiqatçılarını bir araya gətirən konfrans başa çatıb
Far.Az xəbər saytı

Mingəçevir Dövlət Universitetində beynəlxalq elmi platforma: 23 ölkənin alim və tədqiqatçılarını bir araya gətirən konfrans başa çatıb


Mingəçevir Dövlət Universiteti və Türkiyənin Dokuz Eylül Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "Dil, Təhsil, Tədqiqat və Dayanıqlılıq Sahəsində Müasir Problemlər" mövzusunda Beynəlxalq Elmi Konfrans öz işini uğurla yekunlaşdırıb.

Tədbirdə Milli Məclisin deputatları, Mingəçevir şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatı, Mingəçevir Bələdiyyəsi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, eləcə də nüfuzlu elm və təhsil qurumlarının təmsilçiləri iştirak ediblər. Qonaqlar sırasında Afət Abbasova, Birol Akgün, Ufuk Turqaner, Recep Öztop, Hayrettin Özçelik, Mahirə Hüseynova, eləcə də müxtəlif ölkələrdən alim və tədqiqatçılar yer alıblar.

Mayın 18-19-da baş tutan konfrans beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından diqqətçəkən platforma kimi yadda qalıb. 23 ölkədən 77 ali təhsil və tədqiqat institutunu təmsil edən iştirakçılar tərəfindən 545-dən çox elmi məruzə və tezisin təqdim olunması tədbirin miqyasını və elmi çəkisini bir daha nümayiş etdirib.

Mingəçevir Dövlət Universitetində keçirilən konfrans çərçivəsində dilçilik, təhsil və tədqiqat sahələrində aktual çağırışlar müzakirə olunub, müxtəlif elmi məktəblər arasında fikir mübadiləsi aparılıb. Paralel sessiyalar, panel müzakirələri və vorkşoplar zamanı müasir yanaşmalar, innovativ metodlar və akademik əməkdaşlıq imkanları ön plana çıxarılıb.

Tədbir yalnız nəzəri müzakirələrlə məhdudlaşmayaraq, elmin cəmiyyətlə inteqrasiyasını təşviq edən praktik platforma kimi də çıxış edib. Xüsusilə gənc tədqiqatçıların fəal iştirakı, onların beynəlxalq elmi mühitə qoşulması və yeni əməkdaşlıq əlaqələrinin qurulması konfransın əsas nəticələrindən biri kimi qiymətləndirilir.

Konfrans çərçivəsində təşkil olunan kitab sərgisi, bədii proqramlar və tələbələrin iştirakı ilə təqdim edilən səhnəciklər tədbirə əlavə dinamika qatıb, elm və mədəniyyətin vəhdətini nümayiş etdirib.

İki gün davam edən beynəlxalq elmi platforma nəticə etibarilə dil, təhsil və tədqiqat sahələrində davamlı inkişafın təşviqinə, bilik mübadiləsinin genişlənməsinə və uzunmüddətli akademik tərəfdaşlıqların formalaşmasına mühüm töhfə verib. Konfransın yekunları göstərir ki, bu kimi təşəbbüslər yalnız elmi mühit üçün deyil, bütövlükdə cəmiyyətin intellektual potensialının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Oxşar xəbərlər

Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər