Mohd Şarif: "Şəhərlərin enerji planlaması ilə enerji sistemlərinin layihələndirilməsi arasında uyğunlaşma zəruridir"
Far.Az xəbər saytı

Mohd Şarif: "Şəhərlərin enerji planlaması ilə enerji sistemlərinin layihələndirilməsi arasında uyğunlaşma zəruridir"


Enerji keçidi sadəcə köhnə sistemi əvəz etmək demək deyil, bu, şəhərlərin necə enerji ilə təmin olunmasında dayanıqlılıq və çeviklik yaratmaq üçün seçimləri genişləndirməkdir.

"Far.Az" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) sabiq icraçı direktoru Maymuna Mohd Şarif Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Yüksəksəviyyəli Enerji və Şəhər Dialoqu"nda deyib.

Onun sözlərinə, bu gün dünyanın qarşılaşdığı çətinliklər həll yollarının olmaması deyil: "Bizim artıq texnologiyalarımız, siyasətlərimiz və hərəkətverici qüvvəmiz var. Real boşluq - şəhərlərimizi necə planlaşdırmağımız ilə enerji sistemlərimizi necə layihələndirməyimiz arasındakı uyğunlaşmadadır. Bu uyğunlaşma olmasa, keçid prosesinin qeyri-bərabər getməsi riski yaranar və bu, şəhər icmalarımız arasındakı bərabərsizlikləri daha da artıra bilər".

O qeyd edib ki, şəhərlər üçün imkanlar çox aydındır: "Bərpa olunan enerjini, qeyri-mərkəzləşdirilmiş sistemləri və yerli şəraitə uyğunlaşdırılmış həlləri inteqrasiya edərək şaxələndirmə aparmaq. Çünki keçid sadəcə köhnə sistemi əvəz etmək demək deyil, bu, şəhərlərin necə enerji ilə təmin olunmasında dayanıqlılıq və çeviklik yaratmaq üçün seçimlərimizi genişləndirməkdir".

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər