Qurban Qurbanov: "Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
"Qarabağ" qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda olacaq.
Far.Az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir, bunu adıçəkilən komandanın baş məşqçisi Qurban Qurbanov mövsümün yekunlarına həsr olunan tədbirdə deyib.
O, Misli Premyer Liqasında başa çatmaqda olan mövsüm barədə danışıb:
"Qarabağ"ın UEFA Çempionlar Liqasında qazandığı uğur, illərdir qitəmiqyaslı turnirlərdə göstərdiyi davamlı nəticələr futbolçuların cəsarətli oyunu və işgüzarlıqla əlaqələdir. Bu komandanın çəkisi çox ağırdır. Buradakı hər bir futbolçu, çalışan hər kəs bu klubun dəyərini bilməlidir, həm cəsarətli, həm dürüst, həm işgüzar olmalıdır. Klubumuz etibarlı əllərdədir. Çox yaxşı, sadə, işgüzar rəhbərlərimiz var. Futbolçulara təşəkkür edirəm, hər zaman yanlarındayam. Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli biz olacağıq".
Tədbirin sonunda futbolçular çıxış edərək başa çatmaqda olan mövsümü dəyərləndirib və komandalarına yeni mövsümdə uğurlar arzulayıblar. Onlar hədəflərə çatmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
Qurban Qurbanov: "Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli biz olacağıq"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
-
UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir
-
Azərbaycanda daha bir aqropark yaradılıb
-
Azad edilmiş ərazilərə investisiya yatırılması ilə bağlı çağırış edilib
-
Türkiyənin Tokat vilayətində sel təhlükəsinə görə vətəndaşlar təxliyə ediləcək
-
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur













