Anaklaudia Rossbax: "Dünyada bir milyard insanın suya çıxış problemi qalmaqdadır"
Hazırda dünyada bir milyard insanın yaşadığı qeyri-formal yaşayış məntəqələrində suya çıxış problemi qalmaqdadır.
'Far.Az" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Su Konfransı: Şəhər Mənzil Sektorunun İnkişaf Yol Xəritəsi" adlı tədbirdə deyib.
Bildirilib ki, mənzil və əsas xidmətlərə çıxış təşkilatın strateji prioritetlərindən biridir: "Bir milyard insanın yaşadığı gecəqondu və qeyri-formal yaşayış məntəqələrində suya çıxışın təmin olunması əsas prioritetlərdəndir. Su təminatı ilə bağlı problemlərin həlli üçün həm şəhərsalma, həm də sosial mənzil siyasəti paralel şəkildə həyata keçirilməlidir".
O əlavə edib ki, urbanizasiya su ehtiyatlarına ciddi təzyiq yaradır: "Şəhərlər əhali artımından daha sürətli şəkildə ərazi baxımından genişlənir və bu da təbii resursların azalmasına səbəb olur. Urbanizasiya və şəhərsalma təbiətlə sinxron şəkildə inkişaf etmir. Bu isə su ehtiyatları da daxil olmaqla təbii resurslara böyük təzyiq yaradır. Davamlı şəhərsalma və düzgün torpaq siyasəti su təhlükəsizliyinin qorunması baxımından mühüm rol oynayır".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Azərbaycanda mənzil təminatı: sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli – ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Fransa Senatı polisin silah tətbiqinə dair qanun layihəsini təsdiqləyib
-
Türkiyənin 5 şəhərində keçirilən dələduzluq əməliyyatında 12 şübhəli saxlanılıb
-
ABŞ lideri: Putin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çalışır













