KİV: Netanyahu Britaniya XİN başçısı ilə görüşdən imtina edib
Far.Az xəbər saytı

KİV: Netanyahu Britaniya XİN başçısı ilə görüşdən imtina edib


İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə görüşməkdən imtina edib.

“Far.Az” xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, buna səbəb rəsmi Londonun Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Netanyahunun həbsinə dair orderi ilə bağlı mövqeyinin dəyişməsi olub.

Qeyd edilir ki, Netanyahu Britaniya hökumətinin belə mövqe tutmasından inciyib və buna görə də keçən həftənin sonunda İsrailə səfəri zamanı Lemmi ilə görüşməyib.

Xatırladaq ki, iyulun sonunda Britaniya hökuməti BCM-in Netanyahunun həbsinə order vermək üçün yurisdiksiyasına etiraz etməkdən imtina edib.

Oxşar xəbərlər

Putinin Bakıya səfəri: Nə Qərb, nə Rusiya - Azərbaycan üçün əsas öz maraqlarıdır - TƏHLİL
Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
KİV: Netanyahu bu həftə Qahirəyə nümayəndə heyəti göndərəcək
KİV: Netanyahunun bəyanatına görə HAMAS girov mübadiləsini rədd edib
Tarixi addım: Putinin ərazi bütövlüyünü tam təmin etdiyi dövrdə Azərbaycana baş tutan səfəri - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər