"Maliyyə icarəsi haqqında" qanun layihəsi III oxunuşda qəbul olunub
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Maliyyə icarəsi haqqında" qanun layihəsi III oxunuşda qəbul olunub.
"Far.Az" xəbər verir ki, yeni qanun maliyyə icarəsi fəaliyyətinin inkişafı, təşviqi və iqtisadi artımda rolunun gücləndirilməsi məqsədilə maliyyə icarəsi fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.
Sənəddə "alış qiyməti", "geriyə maliyyə icarəsi", "maliyyə icarəsi", "maliyyə icarəsi alan", "maliyyə icarəsi fəaliyyəti", "maliyyə icarəsi müqaviləsi", "maliyyə icarəsi ödənişləri", "maliyyə icarəsi verən", "mühüm iştirak payı", "satıcı", "ümumi dəyər", "vətəndaş qüsursuzluğu" kimi anlayışlar öz əksini tapıb.
Qanunun tələblərini pozan şəxslər məsuliyyət daşıyırlar.
Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minir. Bundan sonra 9 ay müddətində ölkədə lizinq fəaliyyətini həyata keçirən (o cümlədən hazırda lizinq fəaliyyətini normativ hüquqi aktlara müvafiq olaraq dayandırmış) şəxslər öz fəaliyyətini bu qanunun tələblərinə uyğunlaşdırmalı və müvafiq reyestrə daxil edilmək üçün Azərbaycan Mərkəzi Bankına müraciət etməlidirlər. Həmin müddətdə qanunun tələblərinə əməl etməyən şəxslər yeni maliyyə icarəsi müqavilələri bağlamamalı, mövcud lizinq müqavilələrinin müddətinin uzadılmasına yol verməməli və firma adında "maliyyə icarəsi", "maliyyə lizinqi", "lizinq" sözləri və ya bu sözlərdən ibarət söz birləşməsi olduğu halda, həmin sözlərin adından çıxarılması üçün normativ hüquqi aktlara uyğun olaraq tədbirlər görməlidirlər.
Oxşar xəbərlər
Azərbaycanda "lizinq" ləğv OLUNUR?
"Maliyyə icarəsi haqqında" qanun layihəsi I oxunuşda qəbul olunub
Milli Məclis "Maliyyə icarəsi haqqında" qanun layihəsini müzakirə edir
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Ali Məhkəmə lizinq ödənişləri ilə bağlı yaranan mübahisəyə aydınlıq gətirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
-
Sudanda PUA zərbəsi nəticəsində 15 nəfər ölüb
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Muxtar Babayev: İqlim maliyyəsi üçün yeni mexanizmlərin yaradılması vacibdir













