Çin ordusu Skarboro rifi ərazisində patrul xidməti həyata keçirib
Far.Az xəbər saytı

Çin ordusu Skarboro rifi ərazisində patrul xidməti həyata keçirib


Çin ordusu Cənubi Çin dənizinin Skarboro rifi ərazisində patrul xidməti həyata keçirib.

"Far.Az" xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Cənub Komandanlığı bildirib.

Qeyd olunub ki, dəniz və hava qüvvələri mübahisəli atol ətrafındakı sularda və hava məkanında döyüşə hazır patrul xidməti həyata keçirib. Pekin bu hərəkətləri təxribatlara və hüquq pozuntularına qarşı effektiv əks-tədbir adlandırıb.

Çinin sahil mühafizəsi həmçinin bir aydır ki, qanunsuz fəaliyyətlə məşğul olmaqda şübhəli bilinən gəmilərə cavab verdiyini bildirib.

Patrul Sinqapurda keçirilən "Şanqri-La Dialoq" forumu fonunda baş tutub. Filippin müdafiə naziri Qilberto Teodoro Reuters agentliyinə bildirib ki, Manila həm ərazi, həm də siyasi baxımdan Çin tərəfindən ciddi təhdid altındadır.

Qeyd etmək lazımdır ki, Panakot və ya Huanyan adası kimi də tanınan Skarboro rifi Cənubi Çin dənizindəki ən gərgin nöqtələrdən biri olaraq qalıb. Çin demək olar ki, bütün sulara iddia edir, lakin 2016-cı ildə Haaqadakı Daimi Arbitraj Məhkəməsi bu iddiaların heç bir hüquqi əsası olmadığına qərar verib. Pekin isə öz növbəsində bu qərarı tanımayıb.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər