Qətər Hörmüz boğazında müvəqqəti rüsumların tətbiqi ilə bağlı müzakirələrə hazırdır
Far.Az xəbər saytı

Qətər Hörmüz boğazında müvəqqəti rüsumların tətbiqi ilə bağlı müzakirələrə hazırdır


Qətər gəmilərin Hörmüz boğazından keçməsi üçün daimi rüsumların tətbiqini dəstəkləmir, lakin gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş müvəqqəti yığımları müzakirə etməyə hazırdır.

"Far.Az"un "Doha News"a istinadən xəbərinə görə, bu barədə Qətərin Baş nazirinin müavini və müdafiə işləri üzrə naziri Şeyx Səud bin Əbdürrəhman Al Tani "Şanqri-La Dialoqu" təhlükəsizlik forumunda bəyan edib.

Onun sözlərinə görə, daimi rüsumlar nəticə etibarilə istehlakçıların üzərinə düşür, buna görə də Fars körfəzi ölkələri belə tədbirlərə qarşı çıxır.

Bununla yanaşı, nazir qeyd edib ki, əgər vəsaitlər xüsusilə minalardan təmizləmə və ya naviqasiyanın təhlükəsizliyinin təmin edilməsi üçün digər tədbirlərə yönəldiləcəksə, müvəqqəti yığımlar müzakirə mövzusu ola bilər.

Əvvəllər İranda Hörmüz boğazında gəmilərin hərəkətinin idarə edilməsi mexanizminin hazırlandığı, ayrı-ayrı xidmətlər üçün ödəniş alınmasının nəzərdə tutulduğu elan edilmişdi.

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər