"Qaranlıq vaxtı buraya insan düşsə, faciə baş verə bilər" - Paytaxtda asfalt qəfil çökdü
Far.Az xəbər saytı

"Qaranlıq vaxtı buraya insan düşsə, faciə baş verə bilər" - Paytaxtda asfalt qəfil çökdü


Bakıda küçədə çökmə baş verib. Sakinlər deyirlər ki, sutkanın qaranlıq vaxtı bura insan düşsə, faciə baş verə bilər.

Far.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Kənd Əhmədli, Elşən Süleymanov küçəsində baş verib.

Hazırda həmin ərazi lentlə əhatəyə alınıb. Sakinlərin sözlərinə görə, ərazidən minik maşını keçəndən sonra yolun bir hissəsi qəfil çöküb. Bildirilib ki, intensiv yağışlardan sonra küçənin bir çox hissəsində asfalt örtüyü çöküb.

Problemin konkret olaraq nə vaxt aradan qaldırılacağı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən rəsmi açıqlama almaq mümkün olmayıb. Sakinlər isə yaranmış vəziyyətin daha ciddi fəsadlara səbəb olmadan qısa müddətdə həll olunacağına ümid edirlər.

Oxşar xəbərlər

"Qaraçılar məni əhatəyə aldı, bir də gördüm ki…" - Vahid Məcidovla MÜSAHİBƏ
Azərbaycanlı həkim Türkiyədə küçənin ortasında yaralını xilas etdi
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Bakıda asfalt çökdü - AYNA-nın maşını həmin çuxura düşdü
Bu küçənin 270 metrlik hissəsi yenidən təmir olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər