FHN: Bayram günlərində 221 yanğına çıxış olub, 4 nəfərin meyiti tapılıb
Far.Az xəbər saytı

FHN: Bayram günlərində 221 yanğına çıxış olub, 4 nəfərin meyiti tapılıb


Ötən həftə 221 yanğına çıxış olub.

Bu barədə "Far.Az"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlik vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 221 yanğına çıxış, 17 köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 1-i azyaşlı olmaqla 21 nəfər xilas edilib, 2 nəfər xəsarət alıb, 4 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər