Özbəkistanda bərpa olunan enerjinin gündəlik istehsal həcmi 50 %-i ötüb
Far.Az xəbər saytı

Özbəkistanda bərpa olunan enerjinin gündəlik istehsal həcmi 50 %-i ötüb


Özbəkistanın enerji sektorunun inkişafı son illərdə həyata keçirilən islahatlar və ölkə rəhbərliyinin siyasi iradəsi sayəsində sürətlənib.

"Far.Az" xəbər verir ki, bunu Özbəkistanın energetika naziri Jurabek Mirzəmahmudov 31-ci Bakı Enerji Forumu çərçivəsində bildirib.

O qeyd edib ki, qısa müddət ərzində Özbəkistan bərpa olunan enerjinin gündəlik istehsal həcminin əhəmiyyətli artımına nail ola bilib.

"Müəyyən günlərdə gündəlik istehsalda bərpa olunan enerji payının 50 %-dən çox olmasına nail oluruq, enerji saxlanc sistemlərinin yeni tutumu nəzərə alınmaqla, pik saatlarda bu rəqəm akkumulyator sistemləri hesabına 13 %-ə qədər olur", - nazir bəyan edib.

J.Mirzəmahmudov vurğulayıb ki, əldə edilmiş nəticələr energetikada genişmiqyaslı islahatlar, beynəlxalq əməkdaşlığın inkişafı və xarici investisiyaların cəlb edilməsi sayəsində mümkün olub.

O, bərpa olunan enerji sahəsində layihələrin həyata keçirilməsini dəstəkləyən Türkiyə, Səudiyyə Ərəbistanı və BƏƏ daxil olmaqla ölkənin tərəfdaşlarının, həmçinin EPC-podratçı rolundan birbaşa investisiyaya keçən Çinin töhfəsini qeyd edib.

Nazir Azərbaycanla və Özbəkistanda BP ilə birgə geoloji-kəşfiyyat işlərinə başlayan SOCAR şirkəti ilə əməkdaşlığı xatırladıb.

İOnun sözlərinə görə, uğurun əsas amili yalnız planların müzakirəsi deyil, ardıcıl islahatlar, beynəlxalq tərəfdaşlıq və layihələrin praktiki şəkildə həyata keçirilməsidir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər