Ekspert: "Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından birinə çevrilir"
Far.Az xəbər saytı

Ekspert: "Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından birinə çevrilir"


Azərbaycan uzun illərdir ki, enerji sahəsində səmərəli idarəetmə, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və marşrutların şaxələndirilməsi istiqamətində mühüm təşəbbüslər irəli sürür.

Bunu "Report"a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) baş məsləhətçisi Günay Rəhimli Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində səsləndirdiyi fikirləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu siyasət ölkənin təkcə regional deyil, həm də qlobal enerji təhlükəsizliyində mühüm aktora çevrilməsinə şərait yaradıb: "Xüsusilə Avropanın enerji təchizatında Azərbaycanın rolu son illərdə daha da artıb və etibarlı tərəfdaş imici möhkəmlənib. Ölkədə həyata keçirilən enerji strategiyası ənənəvi enerji resurslarının səmərəli istifadəsi ilə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafını da prioritet istiqamət kimi müəyyənləşdirir. Bu yanaşma Azərbaycanın uzunmüddətli enerji təhlükəsizliyi məqsədlərinə xidmət etməklə yanaşı, qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə də mühüm töhfə verir".

Qeyd edək ki, Bakı Enerji Həftəsinin qlobal enerji səhnəsində aparıcı tədbirlərdən birinə çevrilməsi ölkəmizin enerji sektorunda qurulmuş etibarlı əməkdaşlıq modeli və yeni enerji təşəbbüslərinin uğurla həyata keçirilməsinin nəticəsidir.

İİTKM-in baş məsləhətçisi vurğulayıb ki, ölkənin ənənəvi enerji sahəsində formalaşdırdığı güclü potensial hazırda "yaşıl enerji" istiqamətində həyata keçirilən ardıcıl layihələrlə tamamlanır və daha da gücləndirilir: "Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, enerji resurslarının diversifikasiyası və beynəlxalq tərəfdaşlıqların inkişafı Azərbaycanın enerji sektorunun uzunmüddətli dayanıqlılığını təmin edən əsas strateji istiqamətlərdəndir. Bu baxımdan Prezident İlham Əliyevin Bakı Enerji Həftəsində səsləndirdiyi fikirlər ölkəmizin qlobal enerji təhlükəsizliyinin təminində iştirakının yeni mərhələdə davam etdiyini göstərir".

G. Rəhimli bildirib ki, Bakı Enerji Həftəsi Azərbaycanın enerji təhlükəsizliyi, beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf istiqamətlərində formalaşdırdığı strateji xəttin ardıcıl şəkildə davam etdirildiyini bir daha nümayiş etdirir.

Onun sözlərinə görə, bu yanaşma ölkənin qlobal enerji təhlükəsizliyində uzunmüddətli və etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir və enerji sektorunun gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır.

Qeyd edək ki, müasir dünyada enerji təhlükəsizliyi dövlətlərin inkişaf strategiyalarının əsas istiqamətlərindən birinə çevrilib. Bu reallıq fonunda Azərbaycan məqsədyönlü enerji siyasəti ilə qlobal sistemdə etibarlı və strateji tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Ölkəmiz uzun illərdir ki, enerji ehtiyatlarının səmərəli idarə olunması, ixrac marşrutlarının şaxələndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl addımlar atır.

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təminində artan rolunu və bu istiqamətdə həyata keçirilən ardıcıl, məqsədyönlü dövlət siyasətini bir daha təsdiq edir. Bu çıxış həm ölkənin enerji diplomatiyasının əsas prioritetlərini, həm də Azərbaycanın beynəlxalq enerji sistemində etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyinin daha da gücləndiyini nümayiş etdirir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər