Yaponiyada "Çanmi" tayfunu nəticəsində doqquz nəfər xəsarət alıb
Far.Az xəbər saytı

Yaponiyada "Çanmi" tayfunu nəticəsində doqquz nəfər xəsarət alıb


Okinava prefekturasında tüğyan edən və Yaponiyanın əsas adalarına doğru irəliləyən "Çanmi" tayfunu nəticəsində azı doqquz nəfər xəsarət alıb.

"Far.Az"un məlumatına görə, bu barədə Yaponiya hökumətinin baş katibi Minoru Kixara xəbər verib.

Onun sözlərinə görə, Okinava prefekturasında doqquz nəfər yüngül xəsarət alıb, altı bina zədələnib.

Qeyd olunur ki, tayfunun yaxınlaşması səbəbindən 300-dən çox aviareys ləğv edilib. Əsas məhdudiyyətlər Küsü adasındakı Miyazaki və Kaqoşima hava limanlarına təsir göstərir.

Sinoptiklərin məlumatına görə, tayfun təxminən 25 km/saat sürətlə şimal-şərqə doğru hərəkət edir və növbəti 24 saat ərzində Sakit Okeana doğru irəliləməzdən əvvəl Tokio ərazisi də daxil olmaqla Küsü, Şikoko və Honsü adalarına təsir göstərə bilər.

Oxşar xəbərlər

Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər