SOCAR "Qarabağ" yatağının işlənməsi konsepsiyasının detallarını açıqlayıb
Far.Az xəbər saytı

SOCAR "Qarabağ" yatağının işlənməsi konsepsiyasının detallarını açıqlayıb


"Qarabağ" neft-qaz yatağının işlənməsi layihəsi prinsipcə fərqli mənimsəmə konsepsiyası əsasında həyata keçirilir.

"Report"un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.

"Biz çevik sualtı qoşulmalardan istifadə edirik. Bütövlükdə, biz bunu "artıq mövcud infrastruktura əsaslanan işlənmə" kimi müəyyən edirik. Neft-qaz sənayesi üçün bu, prinsipcə yeni yanaşma deyil, lakin söhbət Azərbaycanın əsas sərvəti olan mövcud infrastruktura inteqrasiyadan gedir. Bunun sayəsində investisiya tsiklini əhəmiyyətli dərəcədə qısaltmaq və hasilatın başlanmasını xeyli sürətləndirmək mümkün olacaq. Biz bu istiqamətdə tərəfdaşımızla fəal iş aparırıq", - vitse-prezident vurğulayıb.

Xatırladaq ki, 2025-ci iyunun 3-də "Bakı Enerji Həftəsi" çərçivəsində BP SOCAR ilə "Qarabağ" yatağının işlənməsi layihəsində 35 %-lik payın alınmasına dair saziş imzalayıb. Layihədəki qalan 65 % SOCAR-a məxsusdur.

BP bu layihənin operatorudur.

"Qarabağ" yatağı Bakıdan 120 km şərqdə, "Günəşli" yatağından 20-25 km məsafədə, 150-200 metr dərinlikdə yerləşir. İlkin qiymətləndirmələrə görə, yatağın geoloji neft ehtiyatları 60 milyon tondan çoxdur, bu həcmdən 21 milyon ton neft və 13 milyard kubmetr qaz çıxarıla bilən ehtiyatlardır.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər