Təkcə 1 ölkədə yetişir, cəmi 3 gün qalır: Qırmızı limon görənləri təəccübləndirir
İtaliyanın Siciliya bölgəsində yetişən nadir qırmızı limon öz qeyri-adi görünüşü və çox qısa saxlanma müddəti ilə diqqət çəkir.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, "Citrus limonimedica pigmentata" adlı bu sitrus meyvəsi qırmızıya çalan qabığı və çəhrayı rəngli iç quruluşu ilə adi sarı limonlardan fərqlənir.
Onun ən maraqlı xüsusiyyəti çox tez xarab olmasıdır. Qırmızı limon yetişdikdən sonra cəmi 2-3 gün təzə qala bilir. Buna görə də uzaq məsafələrə daşınması və geniş satışa çıxarılması çətindir.
Mütəxəssislərin sözlərinə görə, meyvənin qırmızı rəngi "antosiyanin" adlı təbii piqmentlərdən yaranır. Bu maddə üzüm, böyürtkən kimi qırmızı meyvələrdə də olur.
Qabığının rəngi isə iqlim və yetişmə dərəcəsindən asılı olaraq narıncı-qırmızıdan tünd qırmızıya qədər dəyişə bilər.
Dad baxımından da fərqlidir: adi limonlardan daha az turş və bir qədər daha şirin aromaya malikdir. Bu səbəbdən gurme mətbəxlərində maraqla istifadə olunur.
Siciliyada yetişdirilən qırmızı limon şirələrdə, kokteyllərdə, desertlərdə, souslarda və bitki çaylarında istifadə edilir. Qoxulu qabığı isə yemək və içkilərin bəzədilməsində üstünlük təşkil edir.
Mütəxəssislər bildirirlər ki, qısa saxlama müddətinə görə kommersiya baxımından məhdud məhsul olsa da, qırmızı limon dünyanın ən nadir və ən maraqlı sitrus meyvələrindən biri hesab olunur.
Qalereya
Oxşar xəbərlər
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Halvaçılığdan ipəkçiliyə, tarixin rəngli pəncərələrinə - Şəki SƏFƏRİ
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
20 ballıq cərimə limiti artırılır?
-
SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
-
Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirib
-
Sosial şəbəkələr və oyunlar: Yeni dövrün səssiz təhlükəsi













