İqlim mütəxəssislərindən "El Nino" xəbərdarlığı: Avqustun sonuna qədər...
Dünya üzrə hava və iqlim proseslərini izləyən mütəxəssislər "El Nino" hava hadisəsinin avqustun sonunadək formalaşacağını proqnozlaşdırırlar.
Far.Az xəbər verir ki, bu hadisə dünyanın müxtəlif bölgələrində ekstremal hava şəraitinin artmasına səbəb ola bilər.
BMT-nin ixtisaslaşmış qurumu olan Dünya Meteorologiya Təşkilatının iqlim proqnozları üzrə eksperti Vilfran Moufouma Okiyanın sözlərinə görə, "El Nino"nun dəqiq gücünü indidən müəyyən etmək mümkün olmasa da, onun orta və ya güclü səviyyədə olacağı gözlənilir.
Mütəxəssis qeyd edib ki, tropik Sakit okeanda yaranan "El Nino" qlobal iqlimə təsir göstərir və müxtəlif regionlarda fərqli nəticələr doğurur.
Onun sözlərinə görə, Qərbi Afrika, Cənubi Afrika, Avstraliya və Cənub-Şərqi Asiyada quraqlıq riski arta bilər.
Bunun əksinə olaraq, bəzi ərazilərdə yağıntıların normadan çox olacağı ehtimal edilir.
Proqnozlara əsasən, xüsusilə ekvatorial Sakit okean hövzəsində və ABŞ-nin cənub-şərq hissəsində yağıntıların artacağı gözlənilir.
Okiya vurğulayıb ki, "El Nino" digər atmosfer hadisələri ilə qarşılıqlı əlaqədə olduğundan onun təsiri güclənə və ya zəifləyə bilər.
Buna görə də yalnız hadisənin gücünə diqqət yetirmək düzgün deyil.
"Bütün El Nino hadisələri özünəməxsusdur. Hətta zəif "El Nino belə bəzi ölkələrdə ciddi nəticələrə səbəb ola bilər",- deyə ekspert bildirib.
Dünya Meteorologiya Təşkilatı ölkələrə altı aya qədər olan proqnozları təqdim etsə də, mümkün risklərə hazırlıq və qabaqlayıcı tədbirlərin görülməsi milli qurumların məsuliyyətindədir.
Xatırladaq ki, 2023-2024-cü illərdə müşahidə olunan "El Nino" dövründə Panamada yağıntıların azalması Panama kanalının fəaliyyətinə təsir göstərmiş, nəticədə qlobal ticarət və iqtisadiyyatda zəncirvari problemlər yaranmışdı.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
20 ballıq cərimə limiti artırılır?
-
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
-
SOCAR-ın prezidenti: "Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq"
-
Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirib
-
Şərqi Zəngəzurla Naxçıvan arasında 1 000 MVt-lıq layihə: Müzakirələr başladı
-
İtaliya sahillərində 6,1 maqnitudada zəlzələ olub













